Modern.az

Hərbi Dəniz Qüvvələrinin komandanının rütbəsi ARTIRILDI

Hərbi Dəniz Qüvvələrinin komandanının rütbəsi ARTIRILDI

Ölkə

7 Noyabr 2025, 16:32

Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədova ali hərbi rütbə verilib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədov “kontr-admiral” ali hərbi rütbəsinə layiq görülüb.

Şahin Məmmədova 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

2024-cü ildən yenidən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var