Modern.az

Qəzaya uğrayan təyyarə Gəncəyə bu gün gəlibmiş

Qəzaya uğrayan təyyarə Gəncəyə bu gün gəlibmiş

Ölkə

11 Noyabr 2025, 21:08

Türkiyəyə məxsus C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, təyyarənin göyərtəsində uçuş heyəti də daxil olmaqla 20 hərbi qulluqçu olub. Nazirlik bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.

Məlum olub ki, təyyarə bu gün səhər saatlarında Trabzondan havaya qalxaraq Gəncəyə enib. Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Təyyarə saat 09:50-də Trabzondan uçub və saat 11:06-da Gəncə hərbi aerodromuna eniş edib. Planlaşdırılmış texniki və logistika prosedurlarının tamamlanmasından sonra təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən havaya qalxıb.

Lakin qalxışdan təxminən 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalları itib. Gürcüstan mətbuatı yazır ki, ekipaj nasazlıq barədə məlumat ötürməyə çalışsa da, naviqasiya və GPS sistemində yaranmış ciddi problem səbəbindən bunu həyata keçirə bilməyib.

Təyyarənin qəzaya uğradığı ərazidə Azərbaycan, Gürcüstan və Türkiyə qüvvələrinin birgə axtarış-xilasetmə əməliyyatı aparılır. Hava şəraitinin çətinliyi işlərin gedişinə təsir göstərsə də, axtarışların davam etdiyi bildirilir.

Xatırladaq ki, C-130 “Hercules” ABŞ istehsalı olan çoxməqsədli hərbi nəqliyyat təyyarəsidir. Türkiyə Silahlı Qüvvələri bu modeli əsasən yük və personal daşınması, humanitar yardım və təxliyə əməliyyatları üçün istifadə edir. Təyyarə 20 tona qədər yük daşımaq, qısa eniş zolaqlarına enmək və çətin şəraitdə uçmaq qabiliyyətinə malikdir.

Hazırda qəzanın səbəbləri araşdırılır və Türkiyə Müdafiə Nazirliyi hadisə ilə bağlı ictimaiyyəti məlumatlandıracağını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı