Modern.az

Naxçıvanlı deputatlardan Fuad Nəcəflinin işdən çıxarılmasına REAKSİYA

Naxçıvanlı deputatlardan Fuad Nəcəflinin işdən çıxarılmasına REAKSİYA

Ölkə

12 Noyabr 2025, 17:19

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Maraqlıdır, Milli Məclisin Naxçıvandan seçilən deputatları Fuad Nəcəflinin işdən çıxaılmasını necə qarşılayıblar?

Modern.az bu sualla həmin deputatların fikrini öyrənib.

Ülviyyə Həmzəyeva bildirib ki, kimliyindən asılı olmayaraq, dövlət vəzifəsi daşıyan hər bir şəxs fəaliyyətində şəffaflıq, ədalət və insanlara açıq münasibət prinsipini rəhbər tutmalıdır:

"Çünki bu prinsiplər xalqla dövlət arasında inam körpüsünün əsasını təşkil edir. Hesab edirəm ki, bu gün qarşıya qoyulan məqsəd şəxslər üzərindən qiymətləndirmə aparmaq yox, dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsinə keçidi təmin etməkdir. Cənab Prezidentin qərarı da məhz bu istiqamətdə atılmış növbəti zəruri addımdır".

Vüqar Rəhimzadə deyib ki, bu gün azad edilmiş torpaqlarda, eləcə də Naxçıvan Muxtar Respublikasında müasir idarəçilik sisteminin - Prezidentin xüsusi nümayəndəliyinin yaradılması həm təkmilləşməni, həm də görülən işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir:

"Ümumiyyətlə, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvanın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Fuad Nəcəfli tutduğu vəzifədən azad edilib. Digər Sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Prezidentini səlahiyyətli nümayəndəsi təyin edilib. Prezident İlham Əliyev bu gün Naxçıvandakı yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edərək, onlara tapşırıqlarını verdi. 

Hesab edirəm ki, yeni səlahiyyətli nümayəndə yüksək etimadı əməli fəaliyyəti ilə doğrultmaq üçün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda var gücü ilə çalışacaq və dövlətimizin başçısının verdiyi bütün tapşırıq və göstərişləri vaxtında, layiqincə yerinə yetirəcəkdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR