Dünən dövlət başçısının Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəfli artıq Bakıya qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Heydər Oğuz feysbuk hesabında paylaşıb.
O həmçinin paylaşımına F.Nəcəflinin təyyarədən fotosunu da əlavə edib.
Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ilin dekabrından sözügedən vəzifəni icra edirdi.
