Modern.az

Metroda tüstüləmənin səbəbi AÇIQLANDI

Metroda tüstüləmənin səbəbi AÇIQLANDI

Ölkə

14 Noyabr 2025, 09:50

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Hadisənin metro sərnişinlərinə təsirinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib. Sərnişinlərin hərəkəti “28 May” stansiyası istiqamətindən təmin edilib.

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, “Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

O da vurğulanıb ki, saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!