Modern.az

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü

Ölkə

15 Noyabr 2025, 14:10

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Türkmənistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bütün sahələrdə uğurla qurulmuş əməkdaşlığın daha da inkişaf etdirilməsinin, eləcə də ən yüksək səviyyədə sıx dialoqun saxlanılmasının vacibliyini vurğulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!