Modern.az

Milli Qəhrəmana qəbirüstü abidə qoyuldu - FOTO

Milli Qəhrəmana qəbirüstü abidə qoyuldu - FOTO

Ölkə

17 Noyabr 2025, 10:08

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Kazım Ərşad oğlu Məmmədovun işğaldan azad olunmuş Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində, öz ata-baba yurdundakı məzarı bərpa olunub.

Modern.az-ın məlumatına görə, Milli Qəhrəmana anasının adından qəbirüstü abidə də ucaldılıb.

Kazım Ərşad oğlu Məmmədov 1 oktyabr 1969-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub.
. – 15.11.1991, Xocavənd r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1976-cı ildə orta məktəbin 1-ci sinfinə daxil olub, 1986-cı ildə oranı bitirib. Həmin il sənədlərini Gəncə İnşaat Texnikumuna verib və tələbə adını qazanıb.

1988-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini Rusiyanın Çelyabinsk şəhərində çəkib. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra təhsilini davam etdib.
90-cı illərin əvvəllərində Azərbaycanın üstünü qara buludlar alanda Kazım Məmmədov texnikumun qiyabi şöbəsinə keçib. Məqsədi vətəni erməni yaraqlılarından qorumaq olub. Buna görə də 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində işə başlayıb və tezliklə də cəbhəyə yollanıb. O, ilk gündən öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirib.

15 noyabr 1991-ci il… Gecədən xeyli ötmüşdü. Ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə hücuma keçir. Qüvvələr qeyri-bərabər idi. Sayca üstün olan düşmən hər vəchlə sədləri qırmağa çalışır, döyüşçülərimizi geri çəkilməyə məcbur edirdilər. Mühasirə həlqəsi getdikcə daralırdı. Kazım boş evlərdən birini özünə münasib mövqe seçir, ilk atəşlə ermənini yerə sərir. Onun ardınca daha bir neçə yaraqlını məhv edir. Düşmən geri çəkilmək bilmir, getdikcə qüvvələrini cəmləşdirirdi. Güllələr dolu kimi Kazımın üzərinə yağırdı. Kazım isə ölümün gözünə dik baxaraq erməni qəsbkarlarına təslim olmur. Ermənilər daha da azğınlaşaraq binaya od vururlar. Bina alova bürünür. Kiçik çavuş K.Məmmədov burada qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra “Milli Qəhrəman” fəxri adı verilib. Onun nəşi doğulduğu Böyük Mərcanlı kəndində dəfn edilib. Oxuduğu məktəbə adı verilmiş, təhsil ocağının önündə büstü qoyulmuşdu.
Cəbrayıl rayonu işğalda olduğu müddətdə ermənilər Milli Qəhrəmanın da məzarını dağıtmışdılar.


A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR