Modern.az

Yanmış meyitlərlə bağlı araşdırma başladıldı Baş Prokurorluq

Yanmış meyitlərlə bağlı araşdırma başladıldı - Baş Prokurorluq

Ölkə

17 Noyabr 2025, 13:04

Noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ