Modern.az

Bala Cəfərli kəndinə minalar necə basdırılıb?

Bala Cəfərli kəndinə minalar necə basdırılıb?

Ölkə

17 Noyabr 2025, 14:59

Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində mina partlayıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, Ermənistanla sərhəddə yerləşən kənddə baş verən partlayış nəticəsində  Agentliyin əməkdaşı Samir İmamverdiyev xəsarət alıb. Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.

Qazaxın Bala Cəfərli kəndində ermənilərin necə mina yerləşdirə bilməsi diqqət çəkir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Modern.az-a bildirib ki, Qazaxın 7 kəndi o cümlədən də bu kənd (Bala Cəfərli-red.) Birinci Qarabağ müharibəsi zamanı işğal edilib:

"Keçən il 4 kənd işğaldan azad edilib. Biz bu kəndlərin ərazisində dəfələrlə monitorinq keçirmişik, bu kəndlərin ərazisi çox ciddi surətdə minalanıb, minalar Ermənistan istehsalıdır. Mina təmizləyənlər bu ərazilərdə təmizləmə əməliyyatları aparır, lakin relyef çox çətindir. İşlər davam etdirilir, amma təəssüf ki belə hadisə baş verdi".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!