Modern.az

Azərbaycan C5+1 sammitinə qoşulacaq

Azərbaycan C5+1 sammitinə qoşulacaq

Ölkə

18 Noyabr 2025, 11:08

Bu forum bir başlanğıc olacaq, axırıncı yox, davamlı olacaq. ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını çox az adam başa düşür.

Modern.az xəbər verir ki, bu sözləri Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin Baş direktoru Con Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ilk Azərbaycan-ABŞ Forumunun keçirilməsi gələcəkdə genişlənən əməkdaşlığa, Bakı–Vaşinqton qarşılıqlı işbirliyinə töhfə verəcək. Biz müxtəlif şəkildə Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq edəcəyik ki, belə forumlar gələcəkdə də keçirilsin.

“Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlərin nəticələri həm Azərbaycan, həm də regionun qonşu dövlətləri üçün olduqca uğurlu hesab edilir. ABŞ–Azərbaycan münasibətlərində dönüş nöqtəsi isə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında imzalanan vacib sənəd oldu. Bu, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün mühüm bir zəmin yaradıb”, - deyə Con Herbst əlavə edib.

O bildirib ki, Mərkəzi Asiya ABŞ üçün prioritet bölgədir.

“Təsadüfi deyil ki, Vaşinqtonda keçirilən C5+1 sammitindən sonra Bakıda toplaşmışıq. Tezliklə bu platforma Azərbaycanın qoşulması ilə C6+1 olacaq. Bu baxımdan əlaqələrimizin əhəmiyyəti daha da artır”, - Con Herbst qeyd edib.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu