Modern.az

Azərbaycanda 900-ə yaxın qaz olmayan kənd var - RƏSMİ

Azərbaycanda 900-ə yaxın qaz olmayan kənd var - RƏSMİ

Ölkə

18 Noyabr 2025, 12:44

2025-ci ildə ümumilikdə 14 kəndə qaz verilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

O qeyd edib ki, regionlarda cari ilin əvvəlinə 2500-ə yaxın qazlaşmış yaşayış məntəqəsi və 900-ə yaxın qazlaşmayan kənd olub. Cari ildə 14 kəndə qaz verilib.

"Qazlaşma işləri tamamlanmış 6 kəndə isə qazın verilməsinə hazırlıq işləri aparılır, 12 kənddə isə qazlaşma işi davam edir. Bundan əlavə, cari ildə 14 yeni yaşayış massivinə qaz verilib, qazlaşma işləri tamamlanmış 8 massivə qazın verilməsinə hazırlıq işləri aparılır, 2 massivdə isə iş davam edir", - məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu