Modern.az

Azərbaycan Bayrağı REKORD QIRDI

Azərbaycan Bayrağı REKORD QIRDI

Ölkə

19 Noyabr 2025, 11:30

Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının ölçüləri yenidən müəyyən olunaraq yeni rekord kimi təsdiqlənib.

Modern.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabının münsifi və beynəlxalq ekspertlər tərəfindən aparılan ölçmə işlərinin nəticələrinə əsasən, Meydandakı Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabında eni 40 metr, uzunluğu isə 80 metr olaraq qeydə alınıb.

2024-cü ilin noyabrında bu göstəricilər uyğun olaraq 36 metr və 72 metr kimi təsdiqlənmişdi.

Qeyd edək ki, bayraq dirəyinin hündürlüyü 201,191 metr, dirəyin pyedestal üzərindəki diametri 5,7 metr, çəkisi isə təxminən 1500 ton təşkil edir.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu