Modern.az

YAP-ın 33 illiyi təntənə ilə qeyd edilməyəcək

YAP-ın 33 illiyi təntənə ilə qeyd edilməyəcək

Ölkə

19 Noyabr 2025, 17:06

Yeni Azərbaycan Partiyasının 33 illiyi ilə əlaqədar təntənəli yubiley tədbiri keçirilməyəcək.

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, deputat Azər Badamov bildirib.

"Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ilinin tamam olması yubiley tarixi deyil. Bu baxımdan təntənəli şəkildə yubiley tədbirinin keçirilməsi nəzərdə tutulmayıb. Amma YAP-nın yerli təşkilatları partiyanın yarandığı gün ərəfəsində tədbirlər keçirir və onun uğurlu yoluna ekskursiya edilərək həmfikirlərlə geniş müzakirələr təşkil olunur", - o deyib.

Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu