Modern.az

Bu xanıma dövlət qurumunda yüksək vəzifə verildi

Bu xanıma dövlət qurumunda yüksək vəzifə verildi

Ölkə

19 Noyabr 2025, 20:38

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

 

Modern.az xəbər verir ki, bu, Lalə Abdullayevadır.

 

L.Abdullayeva 2024-cü mayından ADRA-da şöbə müdiri vəzifində çalışırdı.

 

O, dövlət qurumuna qədər isə bağlanan Dövlət Sığorta Kommersiya Şirkətində (“Azərsığorta”) çalışıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin oktyabrına qədər İdarə heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, ADRA sədri Fərhad Adıgözəlov da, “Azərsığorta”da çalışıb. Prezidentin 7 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Adıgözəlov Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, 16 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu