"Yeni Klinika"da yaradılan Robotik Reabilitasiya Mərkəzi 350 kvadrat metrdən çox ərazidə 200-dən artıq avadanlıqla xidmət göstərir.
Modern.az-ın məlumatına görə, bunu TƏBİB-in direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, Mərkəzdə hazırda 50-dən çox həkim kollegiyası var. Yerli həkimlər 6 aylıq uyğun təlim alıblar.
Burada xarici mütəxəssislərin təcrübəsindən istifadə olunub.
"Uşaqlara xüsusi diqqət olacaq. Çünki azyaşlılar arasında bu xidmətə tələbat daha çoxdur. Həmçinin anadangəlmə yerimə-hərələt çətinliyi olan uşaqlar diqqət mərkəzində olacaq", - TƏBİB rəhbəri deyib.
Cavid Zahidoğlu