İsrailin xarici işlər naziri Gideon Saar yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkəsində bildirib. O, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdüyünü və tərəflər arasında bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib.
Nazirin sözlərinə görə, görüşdə Qəzza ilə bağlı “Tramp Planı”, Azərbaycan–Ermənistan münasibətləri, ikitərəfli əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi əsas müzakirə mövzularından olub.
O, həmçinin 2025-ci ildə İsraildən Azərbaycana turist axınının kəskin artdığını, bu tendensiyanı təşviq etmək üçün birgə addımların davam etdiriləcəyini vurğulayıb.
İsrail XİN başçısı Bakıya səfər etmək arzusunu ifadə edib: “Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Münasibətlərimizi daha da gücləndirəcəyik.”
Səfərin dəqiq tarixi hələ açıqlanmayıb.
