Modern.az

Gələn ilin pensiyaların nə qədər artacağı AÇIQLANDI

Gələn ilin pensiyaların nə qədər artacağı AÇIQLANDI

Ölkə

20 Noyabr 2025, 15:48

Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək.

"Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar təxminən 9.2 faiz artırılacaq", - deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə