Modern.az

Əli İnsanov "rədd ol" dediyi ANS-ə dostluq təklif edir - ŞOK VİDEO

Əli İnsanov "rədd ol" dediyi ANS-ə dostluq təklif edir - ŞOK VİDEO

Ölkə

20 Noyabr 2025, 20:46

Keçmiş səhiyyə naziri Əli İnsanovun arxiv videosu ortaya çıxıb.

Modern.az xəbər verir ki, görüntülərdə o dövrün nüfuzlu məmurlarından olan İnsanov ANS-ə “barışıq təklifi” irəli sürür. 

Videoda sabiq təhsil naziri Misir Mərdanov və sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əvəz Ələkbərovu da görmək olar.

Xatırladaq ki, o zaman Əli İnsanov ANS-in xanım jurnalistinə kobud şəkildə “rədd ol” demiş, bunun ardından ANS rəhbərliyi də kəskin reaksiyalar vermişdi.

Hadisədən bir müddət sonra Əli İnsanov vəzifəsindən azad edilir və həbs olunur. Çox sonralar isə ANS kanalı fəaliyyətini dayandırır.

Əli İnsanov Azərbaycan Respublikasının Prezidentinin əfv Sərəncamı ilə 2019-cu ilin mart ayının 16-da azadlığa buraxılıb. 2024-cü ilin sentyabr ayında məhkumluğu üzərindən götürülüb. Hazırda Haqq Ədalət Partiyasına rəhbərlik edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə