Cari ilin ilk üç rübündə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin vəzifəli şəxsləri tərəfindən “Reklam haqqında” Qanunun tələblərinin pozulması ilə bağlı 278 inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Bu Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən bildirilib.
Qeyd edilib ki, məhkəmələrin qəbul etdiyi qərarlara əsasən açıq məkanda reklamı olan ümumilikdə 198 fiziki və hüquqi şəxs olan sahibkara cərimə tətbiq olunub.
Bildirilib ki, qanunvericiliyin pozulması hallarının əksəriyyətini müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi də əsas pozuntu hallarındandır.