Modern.az

Şəhidin məzarından oğurladığı gitaranı 30 manata satıbmış...

Şəhidin məzarından oğurladığı gitaranı 30 manata satıbmış...

Ölkə

21 Noyabr 2025, 09:38

Sabunçu rayonunda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə yeni təfərrüat məlum olub.

Modern.az-ın məlumatına görə, saxlanılan Kənan və Vüqar adlı şəxslər dindirilib.

Vüqarın sözlərinə görə, dostu Kənanla birlikdə Fəxri Məmmədovun məzarı üzərində qoyulan gitaranı oğurlayıb 30 manata satıblar.

Səyavuş Kəlbalıyevin məzarı üzərindən götürülən hərbi çəkmə və hərbi dəbilqəni isə evlərində gizlədiblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hər iki şəxs saxlanılıb. Əşyalar isə şəhidlərin ailələrinə qaytarılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə