Modern.az

YAP-ı quran “91-lər”: Kimlər ölüb, kimlər sağdı? - SİYAHI

YAP-ı quran “91-lər”: Kimlər ölüb, kimlər sağdı? - SİYAHI

Ölkə

21 Noyabr 2025, 09:52

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur.

Modern.az-ın məlumatına görə, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi.

21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.

Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı. 

Heydər Əliyev 2003-cü ilə kimi YAP-ın sədri olub.

Yeni Azərbaycan Partiyasının qurulmasına imza atmış “91-lər”dən əksəriyyəti dünyasını dəyişib.

“91-lər”in siyahısını təqdim edirik:
 

1. Ziya Bünyadov
2. Fərəməz Maqsudov
3. Ömər Eldarov
4. İqrar Əliyev
5. Kərim Kərimov
6. Məmmədtağı Cəfərov
7. Sabir Hacıyev
8. Xəlil Rza Ulutürk
9. Sirus Təbrizli
10. Zeynəb Xanlarova
11. Əli Ömərov
12. Eldar İbrahimov
13. Mixail Zabelin
14. Əlfəddin Abdullayev
15. Murtuz Ələsgərov
16. Əkbər Bayramov
17. Zahid Qaralov
18. Həsən Quliyev
19. Adil Qasımov
20. Əjdər İsmayılov
21. Fikrət İsmayılov
22. Şahlar Əsgərov
23. Mübariz Əhmədov
24. Əli Nuriyev
25. Ədalət Fərəcov
26. Həsən Mirzəyev
27. Zahid Xəlilov
28. Vilayət Əliyev
29. Abbas Səmədov
30. Ağababa Mahmudov
31. Şəmistan Mikayılov
32. Səfiyar Musayev
33. Əsədulla Qurbanov
34. Musa İlyasov
35. Tələt Qayıbov
36. Məmməd Məmmədov
37. Rafiq Əminzadə
38. Lalə-Şövkət Hacıyeva
39. Eldar Abbasov
40. Əli İnsanov
41. Fuad İsmayılov
42. Əlişir Musayev
43. Hüsü Kərimov
44. Rafiq Məmmədhəsənov
45. Məmməd Nəsirov
46. İbrahim İsayev
47. Faiq Səfərov
48. Sudeyf İmamverdiyev
49. Liliya Luqovaya
50. Hacıbala Abutalıbov
51. Novruz Quliyev
52. Əmir Mərdanov
53. Sabir Xəlilov
54. Pənah Mahmudov
55. İsgəndər Quliyev
56. Zakir Sərdarov
57. Əli Əhmədov
58. Əli Nağıyev
59. Maqsud Nəcəfov
60. Heydər Hüseynov
61. Nəbi Əsgərov
62. Allahverdi Hacıyev
63. Tofiq Hüseynov
64. Məmməd Məmmədov
65. Musa Heydərov
66. Hacı Hacıyev
67. Nəzir Əhmədov
68. Allahyar Hüseynov
69. İbrahim Əzizov
70. Aydın Əhmədzadə
71. Vidadi Acalov
72. Səbir Dünyamalıyeva
73. Georqi Savoskin
74. Lüdviq Muradov
75. Rəfael Allahverdiyev
76. Asif Cahangirov
77. Rafiq Qasımov
78. Kərim Kərimov
79. Munis Bayramov
80. Möhsün Möhsünov
81. Ağabəy Əsgərov
82. Vüqar Rəhimzadə
83. Rizvan Cəbiyev
84. Ariz Abduləliyev
85. Əziz Axundov
86. Mirzə Əsgərov
87. Xeyrəddin Qoca
88. Səlahəddin Quliyev
89. Ziya Paşa
90. Vüqar İsmayılov
91. Tahir Məmmədov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə