"1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkəmizin siyasi həyatında müstəsna əhəmiyyətli hadisələrdən biri olub".
Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
"Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə partiyamızın sədri cənab İlham Əliyevi və partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram", - deyə spiker bildirib.