Modern.az

Azərbaycanda bu il 289 nəfər qocalar evinə yerləşdirilib - ÇOXU KİŞİDİR

Azərbaycanda bu il 289 nəfər qocalar evinə yerləşdirilib - ÇOXU KİŞİDİR

Ölkə

22 Noyabr 2025, 09:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 2025-ci il ərzində ümumilikdə 289 ahıl yerləşdirilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, müəssisəyə yerləşdirilən ahıllardan 150-si kişi, 139-u isə qadındır.

“Müəssisəyə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 70 yaşdan yuxarı şəxslər qəbul edilir.

Burada ahıllara stasionar formada sosial xidmətlər göstərilir, onlarla sosial iş aparılır, cəmiyyətdən təcrid olunmalarına gətirib çıxaran halların qarşısının alınması, sosial adaptasiyası və sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Ahıllarımız burada hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar”,- rəsmi məlumatda deyilir.

Qeyd edilib ki, müəssisəyə respublikanın bütün bölgələrindən müraciətlər qəbul edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə