Modern.az

İki hadisədə 7 nəfər öldü - Kimlər həbs ediləcək?

İki hadisədə 7 nəfər öldü - Kimlər həbs ediləcək?

Ölkə

22 Noyabr 2025, 16:38

Bakıda ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.

Paytaxda baş verən digər hadisədə isə 4 nəfər ölüb. Belə ki, Biləcəridə "Lake Hotel" restoranının yaxınlığında oranın dörd əməkdaşı - Cavidan Muradlı, Eltac Əliyev, Emil Quliyev və Əkbər Zeynalov elektrik cərayənı vurması nəticəsində həyatını itirib.

Hər iki hadisə ilə bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Modern.az-a açıqlamasında deputat Samir Vəliyev bildirib ki, bədbəxt hadisənin səbəbləri müxtəlif ola bilər:

"Baş vermiş hadisələrin 7 nəfərin ölümü ilə nəticələnməsi təbii ki, çox üzücü haldır. Respublika Prokurorluğu tərəfindən hadisənin səbəbləri araşdırılır, ekspertiza təyin olunub. Yəqin ki, yaxın günlərdə baş vermiş hadisələrin səbəbləri məlum olacaq və ictimaiyyətə bu barədə məlumat veriləcək. Bu cür hadisələrin baş vermə səbəbini müəyyənləşdirmə üçün araşdırma aparılmalıdır. Təbii ki, səbəblər müxtəlif ola bilər. Səhlənkarlıq, texniki nasazlıq, təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən hadisə baş vermiş ola bilər".

Deputatın sözlərinə görə, təyin olunmuş ekpertiza baş vermiş hadisəninin səbəblərini detallı araşdırdıqdan sonra müəyyən edəcək:

"Səbəblər sırasında şəxsin səhlənkarlığı da ola bilər. Burada qəsd, məqsədyönlü törədilmiş hal da ola bilər. Eləcə də həmin binanın, obyektin sahibi, yaxud idarəedicisi tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməməsi, yaxud təhlükəsizlik qaydalarının təmin olunmasına cavabdeh olan dövlət qurumları tərəfindən də həmən qaydaların doğru-dürüst təmin olunmaması ola bilər. İstənilən halda araşdırmanın nəticəsini hesab edirəm ki, gözləmək lazımdır. Hadisənin hansı səbdən törədilməsindən asılı olmayaraq, sahibkar bu məsələdə birmənalı olaraq, hüquqi məsuliyyət yaradır. Əgər törədilmə səbəbi birbaşa dövlət qurumunun əməkdaşının, cavabdeh şəxsin səhlənkarlığı, qeyri-peşəkarlığı, təhlükəsizlik qaydalarının təmin olunmamasıdırsa, təbii ki, həmin şəxs məsuliyyətə cəlb olunmalı və bununla bağlı müvafiq cəza təyin olunmalıdır".

Cavid Zahidoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?