Modern.az

Ramiz Mehdiyevin səhhəti pisləşdi - Təcili yardım çağırıldı

Ramiz Mehdiyevin səhhəti pisləşdi - Təcili yardım çağırıldı

Ölkə

22 Noyabr 2025, 18:46

Hazırda ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin səhhəti pisləşib.

 

modern.az xəbər verir ki, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.

 

Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.

 

İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.

 

Vurğulanıb ki, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.

 

Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.

 

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub. (Mənbə: gününsesi)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?