Modern.az

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Yanğında xəsarət alanların vəziyyəti açıqlandı

Ölkə

23 Noyabr 2025, 16:57

Noyabrın 21-də Yasamal rayonunda yerləşən yaşayış binasında baş verən yanğın səbəbi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu haqda Kliniki Tibbi Mərkəz məlumat yayıb.

 

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

 

“5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib”, - deyə məlumatda qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?