Modern.az

Doğma kəndinə quşları ilə birlikdə QAYIDIR - FOTO

Doğma kəndinə quşları ilə birlikdə QAYIDIR - FOTO

Ölkə

24 Noyabr 2025, 08:40

Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə - 144 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Modern.az-ın məlumatına görə, Məmmədbəyliyə köçənlərdən biri də Gülnar Süleymanovadır. Onun cəmi 15 yaşı var. Atası, anası, qardaşı və nənəsi ilə birlikdə doğma yurduna qayıdır.

"Orada hansı hissləri yaşayacağımı təsəvvür etmək çətindir. Çünki heç vaxt o yerlərdə olmamışam, amma həmişə haqqında çox eşitmişəm", - Gülnar deyib.

Gülnar Zəngilana gitarası və tutuquşularını da aparır: "Kəndimizdə gitaramla ilk olaraq "Cənab leytenantı" ifa edəcəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır