Bakı metropoliteninin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində “Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi və “28 May” stansiyasınin yaxınlığındakı şaxtanın inşası başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək.
Əlavə olaraq qeyd edilib ki, bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcəkdir.