Modern.az

Cəlilabadda bu yararsız məktəb təmir ediləcək - RƏSMİ AÇIQLAMA

Cəlilabadda bu yararsız məktəb təmir ediləcək - RƏSMİ AÇIQLAMA

Ölkə

26 Noyabr 2025, 17:14

Cəlilabad rayonunun E.Yusubov adına Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbin sinif otaqlarının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

Modern.az məsələ ilə əlaqədar olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarə məktəbin mövcud vəziyyətindən xəbərdardır.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb növbəti il yeni binası tikilməsi planlaşdırılan təhsil müəssisələrinin siyahısına daxil edilib və məktəblə bağlı layihələndirmə işləri artıq yekunlaşıb.

Əlavə olaraq qeyd edilib ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsiplərinə uyğun olaraq həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ