Modern.az

804 uşaq övladlığa götürülüb - Ən çox bu rayonlardadır

804 uşaq övladlığa götürülüb - Ən çox bu rayonlardadır

Ölkə

27 Noyabr 2025, 15:10

2019-cu ildən indiyədək respublika üzrə ümumilikdə 804 uşaq övladlığa verilib. 

Bu Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.

Statistikaya əsasən, ən çox müraciət paytaxt sakinləri tərəfindən edilib və bu günədək 355 uşaq övladlığa verilib. 

Bununla yanaşı, Abşeron rayonu üzrə 47 uşaq, Sumqayıt şəhəri üzrə 33 uşaq övladlığa verilib. Siyahıda Sabirabad, Masallı, Gəncə, Xaçmaz, Lənkəran, Bərdə, İmişli və Ağcabədi rayonları da ilk sıralardadır.

Qeyd edilib ki, övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsi 2019-cu ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Hazırda övladlığa götürmək istəyən şəxslər “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemi vasitəsilə müraciətlərini elektron qaydada təqdim edə bilirlər. 

Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları övladlığa götürə bilərlər. 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı