Modern.az

Qatarın gəldiyini göstərən sistem nə vaxtdan tam tətbiq olunacaq? 

Qatarın gəldiyini göstərən sistem nə vaxtdan tam tətbiq olunacaq? 

Ölkə

27 Noyabr 2025, 16:50

“Bakı Metropoliteni” QSC tərəfindən bir müddət öncə bəzi stansiyalarda metroda qatarın neçə dəqiqəyə gələcəyini göstərən elektron tablolar quraşdırılıb.

Modern.az sözügedən sistemin bütün stansiyalarda tətbiqinə dair məlumat əldə etmək üçün “Bakı Metropoliteni” QSC-ə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, hazırda qurulmaqda olan sistem üzrə işlər davam etdirilir və bu proses bir-neçə mərhələdən ibarətdir.

Layihə ilə bağlı texniki sazlama, inteqrasiya və test işləri paralel aparıldığı üçün tamamlama işlərinin qarşıdakı dövrdə yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bundan öncə elektron tablolarda yalnız qatarın getdiyi müddət əks olunurdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır