Modern.az

Azərbaycanın bölgələrində bu ixtisaslar üzrə həkim çatışmır - SİYAHI

Azərbaycanın bölgələrində bu ixtisaslar üzrə həkim çatışmır - SİYAHI

Ölkə

28 Noyabr 2025, 16:20

Hazırda Azərbaycanın bölgələrində bəzi ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunur

Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, şimal regionları üzrə anestezioloq-reanimatoloq, ginekoloq, travmatoloji, radioloq, neyrocərrah, nevroloq, infeksionist, otorinolarinqoloq, nefroloq və ailə həkimi ixtisasları üzrə, cənub regionları üzrə anestezioloq-reanimatoloq, endokrinoloq, kardioloq, nefroloq, neonatoloq, travmatoloq, radioloq, infeksionist, pediatriya, nevroloq və ailə həkimi ixtisasları üzrə, qərb regionları üzrə cərrahiyyə, nefroloq, qastroenteroloq, travmatoloq, reanimatoloq, dermatoveneroloq və ailə həkimi ixtisasları üzrə, şərq regionları üzrə ginekoloq, reanimatoloq, neonatoloq, oftalmoloq, cərrahiyyə, ailə həkim ixtisasları üzrə, mərkəzi aran regionları üzrə anestezioloq-reanimatoloq, radioloq, oftalmoloq, nefroloq, travmatoloq, cərrahiyyə, kardioloq, terapiya, pediatriya, neonatoloq ixtisasları üzrə çatışmazlıq mövcuddur.

“Bölgələrimizdə həkim çatışmazlığının həlli istiqamətində daimi olaraq işlər görülməkdədir. Bu istiqamətdə görülən işlərə dair Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq işə qəbul prosesi tam rəqəmsallaşdırılaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində bütün vakant iş yerləri elektron portal üzərindən namizədlərə şəffaf şəkildə təqdim edilməklə onların mövcud vakansiyalara müraciət hüququ təmin olunmasını qeyd etmək olar”, - deyə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda TƏBİB-in tabeliyindəki 91 publik hüquqi şəxsin 2 min 701 tibb müəssisəsi var. Bu müəssisələrdə 93 min 64 işçi çalışır, onlardan 16 min 923-ü həkimdir. Qeyd olunan heyətin 8 faizi xaricdə təhsil almış mütəxəssislərdir. (Mənbə AzərTac)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu