Modern.az

Əmək pensiyalarının təyin edilməsi qaydası DƏYİŞDİ

Əmək pensiyalarının təyin edilməsi qaydası DƏYİŞDİ

Ölkə

1 Dekabr 2025, 11:00

Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək.

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik eidb.

Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi forması arayışa əsasən həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu