Astara rayonu üzrə il ərzində valideyn himayəsindən məhrum 17 uşaq müəyyən edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Astara Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, onlardan 6-sı qız, 11-i isə oğlandır.
“Komissiya tərəfindən araşdırma aparılaraq, onların mənafeləri nəzərə alınmaqla yaxın qohumları nənə, baba, əmilərinin qəyyumluq və himayəsinə verilib. Bunların əksəriyyəti hər iki valideynini itirdiyi üçün, 3 azyaşlı Rusiyada nənələrinin himayəsində yaşadığından, 1 azyaşlıya isə ögey atası tərəfindən zorakılıq törədilməsi səbəbilə nənəsinin yanında yerləşdirilib və nənənin qəyyumluğuna verilib”,- məlumatda qeyd edilib.