Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Onun adı FHN-in rəsmi saytından çıxarılıb.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.
Qeyd edək ki, bu xəbəri daha əvvəl "trend" agentliyi yayıb.