Modern.az

Azərbaycanda COVİD-19-a yoluxanlar var - RƏSMİ

Azərbaycanda COVİD-19-a yoluxanlar var - RƏSMİ

Ölkə

1 Dekabr 2025, 16:04

6 il əvvəl bu gün COVİD-19 virusuna ilk bilinən yoluxma halları Çinin Hubei əyalətinin Uhan şəhərində qeydə alınıb. Belə ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) retrospektiv araşdırmalarına görə, ilk klinik olaraq tanınan hadisə 1 dekabr 2019 tarixində müşahidə edilib.

Modern.az xəbər verir ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir. Onun sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir. Digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır.

"Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır", - deyə Y.Qarayeva diqqətə çatdırıb. (Mənbə AzərTAC)
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...