Modern.az

Bakı və Ankara arasında yeni hərbi memorandom - Əsas məqsəd açıqlandı

Bakı və Ankara arasında yeni hərbi memorandom - Əsas məqsəd açıqlandı

Ölkə

1 Dekabr 2025, 16:54

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair “Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu sənədin müxtəlif əsasları var.

“Azərbaycan və Türkiyə üçün təhlükəsizlik məsələləri daim prioritet olaraq qalıb. Hər iki ölkənin təhlükəsizlik sahəsinə ayırdığı vəsiti mütəmadi olaraq artırı və bu vəsaitlər hesabına da güc strukturları inkişaf etdirilir. Nəticədə bu vəsaitlərin artırılması Azərbaycanın Silahlı Qüvvələri qarşısında duran ən mürəkkəb və çətin vəzifələrdən biri - ölkənin işğal olunan ərazilərini azad etməyi təmin etdi”. 

Onun sözlərinə görə, Silahlı Qüvvələr qarşısında duran vəzifələr yerinə yetirilib. Artıq həm Türkiyədə, həm də Azərbaycanda sabitlik yaradılıb. Lakin bu sabitliyin davamlı olaraq qorunub saxlanması çox vacibdir.
“Azərbaycan ilə Türkiyənin bu qədər yaxın olması, Türk Dövlətləri Təşkilatlarının da ətraflarında birləşdirməsi bir çox qüvvələri və güc mərkəzlərini dərindən narahat edir və onların bizə qarşı addımlar atması heç bir zaman istisna edilmir”. 

“Gözlənilən odur ki, yeni anlaşma memerandomu bu məsələlər - hərbi təhlükəsizliyin möhkəmləndirilməsi əsasən Türkiyə ilə Azərbaycan arasında mövcud olan hərbi əməkdaşlığın genişləndirliməsini nəzərdə tutacaq. Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində birgə hərbi təlimlər keçiriməsini, o cümlədən müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini özündə ehtiva edəcək” - hərbi ekspert vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...