Azərbaycanda 2025-ci ilin noyabr ayında ən populyar brauzer 81,26 faiz payla “Chrome” olub, onun ardınca 7,25 faizlə “Safari” və 2,37 faizlə “Opera” gəlir. Daha sonra “Samsung Internet” (2,34 faiz), “Edge” (2,1 faiz) və “Yandex Browser” (1,35 faiz) gəlir. Bütün platformalar üzrə (stolüstü və mobil cihazlar) statistika “Chrome”un böyük fərqlə lider olduğunu göstərir.
Modern.az “StatCounter Global Stats” agentliyinin noyabr hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ən populyar sosial şəbəkə “Instagram” olub. Onun ardınca “YouTube” və “Facebook” gəlir, daha sonra isə digər məşhur platformalar yerləşir.
“StatCounter”in məlumatına görə, bu ilin noyabr ayında Azərbaycandakı sosial media platformalarının ümumi seqmentində (kompüterlər, mobil cihazlar və planşetlər) “Instagram”ın payı 48,74 faiz təşkil edib (oktyabrda – 35,77 faiz). İkinci yerdə qərarlaşan “YouTube”un bazar payı 31,04 faiz olub. Növbəti yerdə qərarlaşan “Facebook”un bazar payı 10,68 faiz təşkil edib. Dördüncü yerdə olan “X”in bazar payı isə 4,46 faiz olub. Beləliklə, onun bazar payı bir ay ərzində 77 faiz azalıb. Beşliyi 5,7 faiz bazar payı ilə “Pinterest” tamamlayır. (Mənbə: Azərtac)