Ötən gün fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev vəzifəsindən azad edilib. O, ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Teymur Mehdiyev 2014-cü ildən sözügedən vəzifəni tuturdu.
General-mayor rütbəsi daşıyan Teymur Mehdiyev daha əvvəl gənclər, idman və turizm nazirinin müavini, mədəniyyət və turizm nazirinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.
Modern.az xəbər verir ki, Teymur Mehdiyevin azad edilməsindən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 6 müavini qalıb.
Onlar aşağıdakılardır:
General-leytenant Rəfail Xalid oğlu Mirzəyev
19.02.1959-cu ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. Ailəlidir, 3 övladı var.
Tibb xidməti general-leytenantı Faiq Cavad oğlu Tağı-zadə
17.11.1951-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, tibb elmləri namizədidir. Ailəlidir, 3 övladı var
General-leytenant Etibar Böyükbəy oğlu Mirzəyev
30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.
Orucəli Məmməd oğlu Hacıyev
20.04.1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.
Tapdıq Əhliman oğlu Əmiraslanov
07.02.1978-ci ildə Moskva şəhərində anadan olub. ABŞ Hyuston Universiteti və St. Thomas Universitetini bitirib, iqtisad elmləri namizədidir. Ailəlidir, 2 övladı var.
General-mayor Adil Ələsgər oğlu Abdullayev
21.09.1977-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.