Modern.az

Əlillərə hansı avtomobillər verilir? - Rəsmi cavab

Əlillərə hansı avtomobillər verilir? - Rəsmi cavab

Ölkə

3 Dekabr 2025, 10:36

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı kateqoriyadan olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7,8 min avtomobil təqdim edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda əlillərə təqdim edilən avtomobillər Azərbaycanda istehsal olunan “Xəzər” markalı avtomobillərdir.

“Müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunurlar”.

Agentlikdən verilən məlumata görə, 2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı tam şəkildə yekunlaşdırılıb.

Qeyd edilib ki, növbəti mərhələdə avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də təminatı həyata keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı