Modern.az

Bəzi binalarda borc səbəbilə istilik verilməsi dayandırılıb - RƏSMİ

Bəzi binalarda borc səbəbilə istilik verilməsi dayandırılıb - RƏSMİ

Ölkə

3 Dekabr 2025, 13:20

Bir neçə binada ümumi borcun son bir il üzrə ödənişlərinin cəmi 20-30 faiz təşkil etməsi səbəbindən həmin binalarda istilik təchizatı məhdudlaşdırılıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Bildirilib ki, məhdudlaşdırıcı tədbirlərdən sonra bir çox binalar borclarını qənaətbəxş həddə çatdıraraq istiliklə təminatlarını bərpa ediblər.

ASC-dən verilən məlumata görə, ödəniş səviyyəsi hələ də kəskin şəkildə aşağı olan bir sıra binalarda istilik verilişi təmin olunmayıb. Bununla yanaşı, digər bütün ərazilərdə qazanxanalar tam işlək vəziyyətdədir.

Qeyd edək ki, Azərbaycanda hər il istilik sistemi noyabrın 15-dən etibarən istifadəyə verilir.

Xatırladaq ki, 2023-cü ildə əhali abonentləri üzrə ödəniş səviyyəsi 71,3 faiz, ümumi (əhali və qeyri-əhali) göstərici isə 86,8 faiz təşkil edib. 2024-cü ildə bu rəqəmlər müvafiq olaraq 77,6 və 89,3 faiz olub. 2025-ci ildə isə əhali üzrə ödəniş faizi 88,9, ümumi göstərici isə 88,7 faiz təşkil edib.

Sizə yeni x var
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?