Modern.az

Eldar Mansurovun oğluna yüksək VƏZİFƏ VERİLDİ

Eldar Mansurovun oğluna yüksək VƏZİFƏ VERİLDİ

Ölkə

4 Dekabr 2025, 11:35

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Modern.az xəbər verir ki, bu vəzifəyə Ülvi Mansurov təyin olunub.

O, 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr dərəcələri, 2015-ci ildə isə Böyük Britaniyanın Uorvik Universitetinin Biznes Məktəbində MBA dərəcəsi alıb.

2013-cü ildə Azərbaycanda fəlsəfə doktoru, 2024-cü ildə isə Uorvik Universitetində biznes idarəçiliyi üzrə doktorluq dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında (ABB) başlayıb və 2001-2012-ci illərdə ABB-də müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri, 2015-ci ildə isə ABB-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

2017-ci ildən "Azərpoçt" MMC-nin baş direktoru, 2018-ci ildən Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru, 2020-ci ildən sonuncu təyinatadək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, Ü.Mansurov məşhur bəstəkar Eldar Mansurovun oğludur. (Mənbə: report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR