"Ölkədə davam edən inkişaf, hökm sürən sabitlik və Azərbaycanın xarici siyasət uğurları bəzi siyasi dairələr tərəfindən qısqanclıqla qarşılanır. Bu qüvvələr ölkədə öz siyasi ambisiyalarını həyata keçirmək üçün üçüncü ölkələrlə əlbir olaraq, gərginlik yaratmağa, sabitliyə və inkişafa ciddi maneələr törətməyə çalışır".
Bunu Modern.az-a açıqlamasında Millət vəkli Fariz İsmayılzadə qeyd edib.
"Xüsusilə son dövrdə radikal müxalifətin və administrasiyanın keçmiş rəhbəri Ramiz Mehdiyevin iş birliyi üzə çıxaraq, Azərbaycanda sabitlik və inkişafa qarşı apardığı siyasət xalqımız tərəfindən kəskin tənqid olunur. Xalqımız küçələrdə mitinqlərə çıxmağı çoxdan arxada qoymuş və cənab Prezident İlham Əliyevin ətrafında birləşərək, onun siyasət kursunu daim dəstəkləməkdədir. Amma bu radikal qüvvələr xalqımızı hələ də qeyri-sabitliyə, küçələrdə mitinqlərə və iğtişaşlara təşviq edərək, Azərbaycanın zəifləməsinə və suverenliyinə təhdid yaradaraq, digər dövlətlərdən asılı vəziyyətə düşməsinə çalışırlar".
"Siyasi arenada uğur qazana bilməyən, Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli öz siyasi ambisiyalarını qeyri-etik və qeyri-qanuni fəaliyyətlə davam etdirərək, Azərbaycanın müstəqilliyinə zərbə vurmağa çalışırlar.
Azərbaycan xalqı bu fəaliyyəti qəti şəkildə rədd edir və cənab Prezidentimizin uzaqgörən siyasətini dəstəkləyərək, onun ətrafında birləşir" - deyə o qeyd edib.