Modern.az

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

Ölkə

5 Dekabr 2025, 10:48

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisindəki yaşayış binasında baş verən yanğın zamanı dörd nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlıdır.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisədə ölən azyaşlılar Laçın rayonu 29 saylı tam orta məktəbin şagirdləri olub.

Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdidir.

Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Fotoda: Zülfiyyə Yusifova

 

Fotoda: Yusif Yusifov

 

Fotoda: Məryam Yusifova

 

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi