Modern.az

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

Ölkə

5 Dekabr 2025, 12:50

Bu il dekabrın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 905 398 olub.

Bu barədə Modern.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 503 mindən çox artım müşahidə edilib.

O cümlədən, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 493 949 vahid artıb və 1 033 871 olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi