Modern.az

Azərbaycanla Belarusun hərbi mütəxəssisləri görüşdü - FOTO

Azərbaycanla Belarusun hərbi mütəxəssisləri görüşdü - FOTO

Ölkə

5 Dekabr 2025, 12:57

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə heyəti ilə “Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş” keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən xəbərə görə, görüş zamanı insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi