Modern.az

Azərbaycan Dəməşq Hava Limanına yanacaq VERƏCƏK

Azərbaycan Dəməşq Hava Limanına yanacaq VERƏCƏK

Ölkə

5 Dekabr 2025, 13:24

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Modern.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi