Tofiq Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Əhməd Ağa oğlu Bakıxanov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün görkəmli bəstəkar Tofiq Bakıxanovun 95 yaşı tamam olur.