Qərb mətbuatında Azərbaycan sülhməramlılarının Qəzzaya göndərilə biləcəyi barədə xəbərlər dərc edilib.
"Axios" portalının məlumatına görə, ABŞ rəhbərliyi dekabrın 25-dək Qəzza üzrə “ikinci mərhələnin” başlanmasını elan etməyi planlaşdırır.
İkinci mərhələ İsrail ordusunun Qəzzadan çıxarılmasını, ərazidə “beynəlxalq sabitləşdirmə qüvvələrinin” yerləşdirilməsini və yeni idarəetmə strukturlarının, o cümlədən “Sülh Şurası”nın fəaliyyətə başlamasını nəzərdə tutur.
Mənbənin iddiasına görə, beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşulmağa Azərbaycan, Misir, İndoneziya və Türkiyə ilkin olaraq razılıq verib.
Modern.az-ın məlumatına Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iddialara aydınlıq gətirib.
Nazir təsdiqləyib ki, Azərbaycan beynəlxalq stabilləşdirici qüvvələr kimi ora dəvət alıb.
"Dəvət edilən ilk ölkələrdən biri olmuşuq. ABŞ-dən bizə dəvət gələndə açıqlaması bu oldu ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün region ölkələri ilə yaxşı əlaqəsi var və neytraldır. Bu baxımdan, orada iştirak etmək üçün önəmli ölkədir", - Ceyhun Bayramov qeyd edub.
Onun sözlərinə görə, Azərbaycanın sülhməramlı göndərəcəyi hələlik dəqiq deyil.
"Bu istiqamətdə tərəfimizdən qaldırılan sualların hamısının cavabı olmadığı üçün Azərbaycan heyətinin iştirakı dəqiq deyil", - deyə nazir vurğulayıb.