Modern.az

Hesablama Palatası Naxçıvanda yoxlamalar aparır? - RƏSMİ AÇIQLAMA

Hesablama Palatası Naxçıvanda yoxlamalar aparır? - RƏSMİ AÇIQLAMA

Ölkə

8 Dekabr 2025, 16:08

Hesablama Palatasının Naxçıvan Təhsil Nazirliyində yoxlamalara başladığı barədə iddialar yayılıb. İddiaların mənbəyi “Gündəlik Naxçıvan” adlı feysbuk səhifəsidir.

İddia edilib ki, yoxlamalar zamanı ciddi maliyyə pozuntuları, yeyinti və korrupsiya faktları aşkar edilib, narazı müəllimlərin ifadələri də araşdırmaya cəlb olunub.

Modern.az məsələ ilə əlaqədar Hesablama Palatası ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, qurum tərəfindən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində (eləcə də tabeli qurumlarında) kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK